Ukraynalı idmançı diskvalifikasiya olunub
09.10.2024 - 19:31

Ukraynalı biatlonçu Vika Semerenko diskvalifikasiya olunub.
Apasport.az xəbər verir ki, o, yarışlardan 1 illik kənarlaşdırılıb.
Bu barədə Ukrayna Milli Antidopinq Mərkəzi məlumat yayıb. 38 yaşlı idmançı bir il ərzində 3 dopinq-testdən keçmədiyi üçün cəzaya məruz qalıb.
Onun diskvalifikasiya müddəti 2024-cü ilin martından hesablanacaq.
Qeyd edək ki, Semerenko Soçi-2014 Qış Olimpiadasının qızıl medalçısıdır.
0
0