Mingəçevirdə “Gimnastika hamı üçün” növü üzrə master klass keçiriləcək
31.01.2025 - 16:53

Mingəçevirdə “Gimnastika hamı üçün” növü üzrə master klass keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Tədbir fevralın 2-də Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.
Seminar “Gimnastika hamı üçün” növü üzrə baş məşqçi Ruslan Eyvazov tərəfindən keçiriləcək.
0
0