“Kür” növbəti matçını keçirəcək
01.12.2024 - 11:31

Kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, təmsilçimiz bu gün İslandiyanın “Haukar” klubu ilə cavab görüşünü keçirəcək.
Matç “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunacaq. Saat 17:00-da start götürəcək görüşü moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdyuk idarə edəcəklər.
Qeyd edək ki, ötən gün baş tutan ilk oyun İslandiya təmsilçisinin 30:25 hesablı qələbəsi ilə yekunlaşıb.
0
0