"Qarabağ" növbəti matçına çıxır
18.01.2025 - 11:48

Bu gün kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatının növbəti oyunları keçiriləcək.
Apasport.xəbər verir ki, IX turda qadınların mübarizəsində “Azəryol” “Qarabağ”ı sınağa çəkəcək.
Qarşılaşma saat 11:00-da baş tutacaq.
Kişilər arasında isə XI turda "Bakı" "Kür" komandası ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 13:00-da səslənəcək.
Qeyd edək ki, hər iki görüş “AHF Arena”da reallaşacaq.
0
0