"Qarabağ" Avropa Kubokunda cavab matçına çıxır
17.11.2024 - 11:16

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası bu gün Avropa Kubokunda növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, təmsilçimiz turnirin 3-cü mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçına çıxacaq.
Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunacaq qarşılaşma saat 12:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün baş tutan ilk görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 33:20.
0
0