
Rafael Ağayev Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsindən istefa verəcək.
Apasport.az xəbər verir ki, bu barədə o, "APA TV"yə açıqlamasında məlumat verib:
"Dünən ərizəmi yazmışam. Federasiyaya bu gün təqdim edəcəm. Bu o demək deyil ki mən kimdənsə üz döndərirəm. Ümmiyyətlə, kin saxlayan insan deyiləm. Amma heç nəyi unutmuram. Qərara gəldim ki, federasiyadan ayrılım. Gələcəkdə necə olacağını Allah bilir. Orada işləyən insanlara, müəllimlərə və milli komandaya, baş məşqçiyə fürsətdən istifadə edərək uğurlar arzu edirəm. Adları daim zirvələrdən gəlsin. Mən də önümə baxacam. WKF növü üzrə idman karatesində neçə illərdir ki, nəticə göstərirəm. Artıq 2-3 ildir ki, kombat karetedə döyüşürəm. Bundan sonra yoluma baxacam. Xaricilərlə də əlaqə qurmuşam. Yaxşı təkliflər olsa, dəyərləndirəcəm".
Xatırladaq ki, Rafael Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
- Karateçilərimiz Qırğızıstanda keçirilən beynəlxalq turnirində medallar qazanıblar
- Azərbaycan Karate Federasiyasının rəhbərliyi millinin üzvləri və məşqçilərlə görüş keçirib
- Füzuli Musayev: "Rafael Ağayevin belə müsahibə verəcəyini gözləmirdim"
- AKF-nin prezidenti: "Rafael Ağayev bizimçün çox dəyərli idmançıdır"
- Elzar Yusubovun xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək