"Beşiktaş" növbəti mərhələdə
25.02.2025 - 18:28

Türkiyə Kubokunda D qrupunun növbəti oyunu keçirilib.
Apasport.az xəbər verir ki, III turda "Beşiktaş" meydana çıxıb.
Komanda səfərdə "Antalyaspor"la qarşılaşıb.
3 qolun vurulduğu matçda "Qara qartal" qələbə qazanıb. İstanbul təmsilçisinin heyətində Keni Arroyo və Rafa Silva fərqləniblər.
Antalya təmsilçisinin heyətində isə Deni Miloşeviç adını tabloya yazdırıb.
Qeyd edək ki, "Beşiktaş" 9 xalla qrupu lider kimi başa vurub. Komanda pley-off mərhələsinə yüksəlib.
Türkiyə Kuboku
III tur
25 fevral
"Antalyaspor" - "Beşiktaş" 1:2
0
0