Məhəmməd Muradlı liderliyini bərpa edib
02.06.2024 - 00:23

Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı “Dubai Open 2024”də yenidən vahid lider olub.
Apasport.az xəbər verir ki, təmsilçimiz 8 turdan sonra 6,5 xal toplayıb.
O, iranlı Sina Movahedə qalib gəlib. Eltac Səfərli də növbəti qələbəsinə imza atıb. Hindistanlı rəqibini mat edən həmyerlimiz 5,5 xalla 10-cudur.
Digər şahmatçılarımızdan Xanım Balacayeva və Xaqan Əhməd qələbə qazanıb, Günay Məmmədzadə heç-heçə oynayıb, Gövhər Abdullayeva, Rəvan Əliyevvə Gülnar Məmmədova isə turu məğlubiyyətlə başa vurublar.
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.
- Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi
- Azərbaycan çempionatının final oyunları başlayır
- Şahmat üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
- Təmsilçimiz iranlı şahmatçını məğlub edib
0
0