Şahmatçılarımız Avropa çempionatında xüsusi mükafata layiq görülüb
30.04.2024 - 11:36

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb.
Apasport.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qadın şahmatçıların şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub.
Qalib şahmatçının şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasimdə həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunub.
Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüblər.
- Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi
- Azərbaycan çempionatının final oyunları başlayır
- Şahmat üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
- Təmsilçimiz iranlı şahmatçını məğlub edib
2
0