Şahmatçımız İndoneziyada beynəlxalq turnirin qalibi olub
26.02.2025 - 09:53

Azərbaycan şahmatçısı Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub.
Apasport.az Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz 11 turdan ibarət dairəvi sistemlə keçirilən yarışda bütün rəqiblərini qabaqlayıb.
Son turdakı qələbədən sonra E.Səfərli xalını 8,5-ə çatdırmaqla birinci pilləni təmin edib.
- Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
- Azərbaycan çempionatının qalibləri sabah müəyyənləşəcək
- Şahmat üzrə Azərbaycan çempionatının qalibləri sabah müəyyənləşəcək
- Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi
0
0