"Milan" futbolçusu ilə müqavilə yeniləyəcək
26.02.2025 - 13:57

Reynders "Milan"la müqavilə yeniləyəcək
İtaliya A Seriya təmsilçilərindən “Milan” yarımmüdafiəçi Tijjani Reynderslə yeni müqavilə bağlamaq barədə razılığa gəlib.
Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu İtaliya klubu ilə müqavilə müddətini 2030-cu ilə qədər uzadacaq.
Tijjani Reyndersin maaşı nə qədər olacaq?
Tijjaninin maaşı 3,5 milyon avroya qədər artırılacaq. Yeni müqavilədə fərdi və komanda nailiyyətlərinə görə müxtəlif bonus ödənişləri də nəzərdə tutulub.
Reyndersin cari mövsümdəki statistikası
Niderlandlı oyunçu cari A Seriyasında 24 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
0
0