
İyunun 6-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində şahmat üzrə yeni superturnirə start veriləcək.
Apasport.az xəbər verir ki, iştirakçılar reytinqə əsasən üç müxtəlif turnirdə yarışacaq.
Ən yüksək reytinqlilərin çıxış etdiyi “Masters” bölümündə Nodirbek Abdusattorov (Özbəkistan), Parham Maqsudlu (İran), Aleksandr Qrişuk (FIDE), Yangyi Yu (Çin), Vidit Santoş Gucrati (Hindistan), Rixard Raport (Rumıniya), Aleksey Sarana (Serbiya) və digərləri iştirak edəcək.
Superturnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək.
Aydın Süleymanlı və Vüqar Rəsulov müvafiq olaraq “Challengers” və “Futures” qruplarında mübarizə aparacaq.
Yarışa iyunun 14-də yekun vurulacaq.
- Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi
- Azərbaycan çempionatının final oyunları başlayır
- Şahmat üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
- Təmsilçimiz iranlı şahmatçını məğlub edib