Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
06.05.2024 - 13:13

Yunanıstanda təşkil edilən qadınlar arasında şahmat üzrə şəxsi Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib.
Apasport.az Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi “Euphonious Tribute” adlandırılıb.
Mahnı artıq sosial şəbəkələrdə də yayılıb.
Qeyd edək ki, Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.
- Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi
- Azərbaycan çempionatının final oyunları başlayır
- Şahmat üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
- Təmsilçimiz iranlı şahmatçını məğlub edib
0
0