Yeniyetmə şahmatçılarımız Dünya Kubokunda mübarizə aparacaqlar
20.06.2024 - 11:55

Azərbaycanın 14 yeniyetmə şahmatçısı iyunun 23-də Gürcüstanın Batumi şəhərində start götürəcək Dünya Kubokuna qatılacaq.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz yarışa məşqçi Fərid Abbasovun rəhbərliyi altında yollanacaq.
Turnir 8, 10 və 12 yaş qrupları üzrə oğlanlar və qızlar arasında keçiriləcək.
Dünya Kubokuna iyulun 3-də yekun vurulacaq.
- Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi
- Azərbaycan çempionatının final oyunları başlayır
- Şahmat üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
- Təmsilçimiz iranlı şahmatçını məğlub edib
0
0