
Azərbaycan taekvondo yığması G-2 kateqoriyalı 12-ci Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) uğurlu çıxışını davam etdirir.
Apasport.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən yarışda gənc oğlanların mübarizəsində millimiz 5 medal qazanıb.
Komandamızın heyətində Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynovla (73 kq) Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara layiq görülüblər.
Qeyd edək ki, dünən gənc qızlar arasında taekvondoçumuz Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.