Taekvondoçumuz BƏƏ-də gümüş medal qazanıb
15.02.2025 - 12:57

Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərində taekvondo üzrə keçirilən “Fujairah Open” beynəlxalq turnirində kiçik yeniyetmələr arasında keçirilən yarışlarda təmsilçilərimiz 1 gümüş, 1 bürünc medala sahib çıxıblar.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
"Mübariz” taekvondo klubunun təmsilçisi Malikəjdər Qalabəyov (36 kq) gümüş, “Asiman” taekvondo klubunun yetirməsi Fateh Sultanlı (40 kq) isə bürünc medala layiq görülüb.
1
0