Yüksək Liqa: "Neftçi" növbəti matçına çıxacaq
25.02.2025 - 11:33
Yüksək Liqa: "Neftçi" növbəti matçına çıxacaq

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XII turunda bu gün iki matç keçiriləcək.

Apasport.az xəbər verir ki, saat 14:00-da MOİK "Xilasedici" ilə üz-üzə gələcək.

"Xilasedici" komandası hazırda 26 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. MOİK isə 5 xalla beşincidir.

"Murov Az Terminal” - “Neftçi” matçı saat 18:00-da start götürəcək. "Murov Az Terminal" 27 xalla liderdir. "Neftçi" isə 15 xalla dördüncü pillədə qərarlaşıb.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.