
Mayın 26-28-də Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə “Maksima Masters” Avrasiya kuboku uğrunda yarış keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Aydın Əlibəyov uğurlu çıxış edərək, 5 qızıl medal qazanıb.
Yarışda 3 atla iştirak edən Aydın ilk gündə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və Prix Sant George proqramı üzrə 1 bürünc, ikinci gündə isə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və İntermediate 1 Freestyle proqramında 1 qızıl medala sahib çıxıb.
Qeyd edək ki, Əlibəyov əldə etdiyi möhtəşəm qələbəni tariximizin şanlı səhifələrindən olan 28 May – Müstəqillik Gününə həsr etdiyini bildirib.
- Prezidentdən “Qarabağ” – “Nant” matçı ilə bağlı PAYLAŞIM
- Kürdəmir “Şirvan”ından “Turan Tovuz”adək – “Qarabağ” - 300
- Murad Musayev: "İdeal olaraq bir aydan sonra yenidən işə başlamaq istərdim, amma..."
- Azərbaycan Yay Olimpiya Oyunlarınının medal siyahısında 15-cidir - Siyahı
- Azərbaycanlı jurnalist FIFA tərəfindən mükafatlandırılacaq - FOTO