Kürdəmir “Şirvan”ından “Turan Tovuz”adək – “Qarabağ” - 300
29.05.2023 - 10:29

“Qarabağ” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, bu, Misli Premyer Liqasının XXXVI turunda baş verib.
Qurban Qurbanovun yetirmələri mövsümün son matçında “Turan Tovuz”a qalib gəlib – 3:1.
Ağdam klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarında 300-cü ev qələbəsini 438-ci oyunda bayram edib. “Qarabağ” bu göstəricidə mütləq rekordçudur.Ağdamlıların ilk ev qələbəsi 1992-ci mayın 6-da qeydə alınıb. Həmin gün Kürdəmir “Şirvan”ını qəbul edən “Qarabağ” 6 cavabsız qolla qələbə qazanıb.
0
0