İngiltərə yarımfinalda - YENİLƏNİB
06.07.2024 - 22:39

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalın son oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, günün ilk matçı Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə arasında baş tutub. Oyunun əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında 5:3 qalib gələn ingilislər yarımfinala yüksəlib.
AVRO-2024
1/4 final
6 iyul
20:00. İngiltərə - İsveçrə 1:1
Qol: Saka, 80 - Embolo, 75
Penalti: 5:3
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf, "Esprit Arena".
0
0