"Nyukasl"dan vacib qələbə
23.02.2025 - 20:29
"Nyukasl"dan vacib qələbə

İngiltərə Premyer Liqasında XXVI turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, "Nyukasl" "Nottingem"lə qarşılaşıb.

Görüşdə 7 qol vurulub. Matç "sağsağanlar"ın 4:3 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, turnir cədvəlinə 61 xalla "Liverpul" başçılıq edir.

İngiltərə Premyer Liqa
XXVI tur
23 fevral

18:00 "Nyukasl" - "Nottingem" 4:3