Ronaldo bu göstəriciyə görə AVRO-2024-də liderdir
27.06.2024 - 16:22

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2024-cü il Avropa çempionatında qapıya zərbələr üzrə liderdir.
Apasport.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
39 yaşlı ulduz qrup mərhələsinin 3 oyununda iştirak edib və rəqib qapısına 12 zərbə endirib. Buna baxmayaraq, Kriştiano turnirdə hələ də qol vura bilməyib.
Ulduz portuqal qrup mərhələsində yalnız 1 asistlə yadda qalıb.
Qeyd edək ki, Portuqaliya 1/8 final mərhələsində Sloveniya ilə qarşılaşacaq.
0
0