“Dunayska Streda” "Dalğa Arena"da məşqə çıxmaqdan imtina edib
23.07.2024 - 20:56

UEFA Konfrans Liqasında “Zirə”nin qonağı olacaq “Dunayska Streda”nın Azərbaycan səfərində dəyişiklik olub.
Apasport.az xəbər verir ki, Slovakiya təmsilçisi oyunun keçiriləcəyi “Dalğa Arena”da məşqdən imtina edib.
Rəqib komanda görüşdən 1 gün əvvəl Bakıya səfər edəcək.
Qeyd edək ki, "Zirə" - "Dunayska Streda" matçı iyulun 25-də 20:30-da start götürəcək.
0
0