
AVRO-2016 çempionu, Portuqaliyanın ulduzu Kriştiano Ronaldo Avropa çempionatında rekord qırmağa çox yaxındır.
Apasport.az xəbər verir ki, o, Çexiya ilə bugünkü matçda meydana çıxarsa, 6 Avropa Çempionatında oynayan ilk futbolçu olacaq .
Daha əvvəl AVRO-2004, 2008, 2012, 2016 və 2020-ci illərdə mübarizə aparan və 25 matçda 14 dəfə toru silkələyən təcrübəli forvard turnir tarixində ən çox oyun keçirən və ən çox qol vuran futbolçudur.
Avropa çempionatı tarixində 5 turnirdə də qol vuran yeganə futbolçu olan Ronaldo AVRO-2024-də rəqib qapısına qol vuraraq bu rəqəmi 6-ya çatdırmağa çalışacaq.