“14”də sevinən müdafiəçimiz
23.09.2022 - 11:19

Höccət Haqverdi Azərbaycan millisindəki qol hesabını 14-cü oyununda açıb.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Millətlər Liqasının V turunun Slovakiya ilə səfər görüşündə fərqlənib.
Höccət komandamıza 2:1 hesablı qələbə gətirən qolun müəllifi olub. O, bunadək yığmada keçirdiyi 13 görüşdə qol vurmamışdı. “Siftə”si 14-cü matça təsadüf edən Haqverdi milli tarixində qol vuran 66-cı oyunçumuzdur.
Qeyd edək ki, Trnavadakı qarşılaşmada hesabı açan Renat Dadaşov bu siyahıda 65-ci olub.
0
0