
"Qarabağ" şou göstərir".
Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin keçmiş baş məşqçisi Adrian Mutu Gsp.ro saytına müsahibəsində deyib.
45 yaşlı mütəxəssis Azərbaycan çempionatının ümumi durumu barədə danışıb: "Azərbaycan futbolu bəzilərinin düşündüyü qədər zəif deyil. Fikirləşin ki, bu ölkənin çempionatında 8-ci yerdə qərarlaşan "Sabah", "Rapid"i məğlub edir. Mən isə "Neftçi" ilə 3-cü mövqeyə yüksəlmişdim və ikinci pillədəki komandadan cəmi 1 xal geri qalırdıq. Deməli, Azərbaycan Premyer Liqası güclü və balanslaşmış çempionatdır. "Sabah" hazırda çempionatda elə də yüksək pillədə olmasa da, keyfiyyətli futbolçulardan ibarət komandadır. Son çempion "Qarabağ" isə şou göstərir və Avropa Liqasında çıxış edir".
Qeyd edək ki, rumıniyalı məşqçi 2023-cü ilin yayından "Neftçi"nin baş məşqçisi idi. O, ötən ilin dekabrında istefaya göndərilib.
- Nazim Əliyev: "Azərbaycan çempionatında yüksək yerləri həmişə yerli məşqçilərimiz tutub" - MÜSAHİBƏ
- Cüdoçumuz Qazaxıstandan qızıl medalla qayıdır
- Basketbol millimiz Avropa çempionatında final oyununa çıxacaq
- Murad Allahverdiyev Avropa Oyunlarında 1/8 finala yüksəldi - FOTO
- İlin futbolçusu adına 11 namizəd