AFFA-da hakimlər üçün seminar keçirilib
28.02.2024 - 18:18

AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqası, I, II Liqa və Əvəzedici liqalara təyinat alan hakimlər üçün seminar keçirilib.
Apasport.az AFFA-ya istinadla xəbər verir ki, tədbirdə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, oyunlarda baş verən insidentlər analiz edilib, lazımi təlimatlar verilib.
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşekin rəhbərliyi ilə təşkil olunan seminarda köməkçi hakimlərlə çalışan türkiyəli mütəxəssis Tarık Ongun də iştirak edib.
0
0