
AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclasının vaxtı dəyişdirilib.
Apasport.az xəbər verir ki, bu barədə assosiasiya rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, toplantı əvvəlcədən xəbər verildiyi kimi, saat 17:00-da deyil, 14:00-da başlayacaq. İclasın gündəliyinə bu məsələlər daxildir:
1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi;
2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;
3. “Sabah” klubunun əvəzedici komandasının 2022/23 mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması;
4. Digər məsələlər.