AFFA “Kəpəz”in istəyini rədd etdi
21.10.2022 - 15:39

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Kəpəz” klubunun müraciəti ilə bağlı qərarını açıqlayıb.
Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, gəncəlilərin şikayəti təmin olunmayıb.
AFFA-nın İntizam Komitəsinin sentyabrın 23-də “Kəpəz” barədə qəbul etdiyi 4000 manat məbləğində cərimə cəzası qüvvədə saxlanılıb.
0
0