AFFA-nın İcraiyyə Komitəsinin iclası olacaq - GÜNDƏLİK
14.07.2022 - 10:37

Sabah AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçiriləcək.
Apasport.az saytının məlumatına görə, saat 17:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi;
2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;
3. “Sabah” klubunun əvəzedici komandasının 2022/23 mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması;
4. Digər məsələlər.
0
0