Ağabala Ramazanovun durumuna aydınlıq gəldi
04.11.2023 - 11:05

Misli Premyer Liqasının “Səbail” - “Turan Tovuz” oyununda huşunu itirən Ağabala Ramazanovun durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisinin kapitanının durumu qənaətbəxşdir: “Ağabala Ramazanovun həyati təhlükəsi yoxdur. Futbolçumuz bir neçə gün həkim nəzarətində olacaq”.
Qeyd edək ki, matçın gedişində zədələnən hücumçu xəstəxanaya yerləşdirilib.
0
0