"Ağdaş"ın baş məşqçisinə sərt cəza
07.11.2024 - 14:43

II Liqa təmsilçisi “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov cəzalandırılıb.
Apasport.az xəbər verir ki, qərar AFFA-nın İntizam Komitəsinin iclasında verilib.
Buna səbəb IX turun “Ağdaş” – “Füzuli” oyununun 43-cü dəqiqəsində yaşanan hadisə olub. Çalışdırıcı hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Nəticədə AFFA onu 5 matçlıq diskvalifikasiya edib. “Ağdaş” isə 400 manat cərimə edilib.
0
0