
“Araz-Naxçıvan” futzal klubu qış fasiləsindən sonra yoluna yeni baş məşqçi ilə davam edəcək.
Apasport.az xəbər verir ki, son çempion Evqeni Kukseviçlə anlaşıb. Rusiyalı mütəxəssislə müqavilə 5 ay+1 il müddətini əhatə edəcək.
O, müxtəlif illərdə Rusiyanın “Sibiryak” və “Norilski Nikel” komandalarını çalışdırıb. 53 yaşlı Kukseviç məşqçi kimi Rusiya çempionatının gümüş və bürünc medallarını, 2019/2020-ci il mövsümündə isə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, mövsümə Vitali Borisovun rəhbərliyi altında başlayan “Araz-Naxçıvan”ı daha sonra Predraq Rayiç çalışdırıb. Komanda Yüksək Liqanın 8 turundan sonra 16 xalla 3-cü pillədə qərarlaşıb və lider “Baku Fire”dən 6 xal geri qalır.