“Araz-Naxçıvan”da 3 itki
09.02.2025 - 00:55

"Zirə" ilə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş oyundan sonra "Araz-Naxçıvan" məşqlərini bu gün bərpa edib.
Apasport.az xəbər verir ki, soyuq. qarlı havada təxminən 1 saat davam edən hazırlıq prosesində yeni transfer Əyyub Allaş da iştirak edib. Əvəzində zədəsi davam edən Bəxtiyar Həsənalızadə, Ömər Buludov və Ramon Maçado kollektivə qoşulmayıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" Milsi Premyer Liqasının XXII turunda "Kəpəz"lə qarşılaşacaq. Fevralın 10-da "Liv Bona Dea Arena"da keçiriləcək görüş saat 16:00-da start götürəcək.
0
0