"Araz-Naxçıvan"da ciddi itki
18.01.2025 - 17:22

Misli Premyer Liqasının XIX turunun "Zirə" - "Araz-Naxçıvan" matçı davam edir.
Apasport.az xəbər verir ki, matçın 63-cü dəqiqəsində qonaqların heyətində ciddi itki baş verib.
Belə ki, "Araz-Naxçıvan"ın əsas oyunçularından Bəxtiyar Həsənalızadə zədələnərək meydanı tərk edib.
Qeyd edək ki, görüş ev sahiblərinin minimal üstünlüyü ilə davam edir - 1:0.
0
0