Ataa Caber Fələstin yığmasında
23.08.2023 - 21:39

“Neftçi”nin futbolçusu milli komandaya dəvət edilib.
Apasport.az-ın məlumatına görə, söhbət Ataa Caberdən gedir.
28 yaşlı futbolçu Fələstin yığmasına dəvət alıb. Caber 2024-cü ildə təşkil olunacaq Asiya kubokuna hazırlıq çərçivəsində Oman və Vyetnam komandaları ilə keçiriləcək yoxlama matçlarına oynamaq şansı qazanıb. Qarşılaşmalar, müvafiq olaraq, sentyabrın 6-da və 11-də baş tutacaq.
Qeyd edək ki, Caber Fələstin milli komandasının heyətində 2 oyunda meydana çıxıb.
0
0