Avtoqol antirekordu
15.05.2023 - 10:48

Misli Premyer Liqasının 2022/23 mövsümündə 17-ci avtoqol qeydə alınıb.
Apasport.az saytının məlumatına görə,
XXXIV turunun “Neftçi” – “Şamaxı” oyununda qonaqların qapıçısı Rəşad Əzizli öz qapısına qol vurub.
Bu matçadək cari mövsümdə 16 avtoqol olmuşdu. Bununla da Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb. 1992-ci ildən keçirilən yarışda ən çox avtoqol 2014/15 mövsümündə yaşanmışdı. Həmin vaxt 17 avtoqol qeydə alınıb. Bu antirekord 8 ildən sonra təkrarlanıb.
Qeyd edək ki, “Neftçi” – “Şamaxı” oyunu 1:1 hesabı ilə başa çatıb.
0
0