Avarçəkənlərimiz İtaliyaya yollanıb
20.03.2024 - 19:32

Martın 22-də İtaliyada ənənəvi “Paolo De Aloya” reqatası start götürəcək.
Apasport.az xəbər verir ki, 3 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan millisi də iştirak edəcək.
Yarışda Ziya Məmmədzadə, Bəhmən Nəsiri, Diana Dımçenko və Murad Sadıqov mübarizə aparacaq. Avarçəkənlər 1 nəfərlik qayıqda start xəttinə çıxacaqlar.
Komandamız bu gün İtaliyaya yollanıb.
Qeyd edək ki, Dımçenko ötən il “Paolo De Aloya” reqatasında qızıl medal qazanıb.
0
0