Avropa Oyunları: Azərbaycan Portuqaliya və İspaniyaya rəqib oldu
11.05.2023 - 15:54

Krakov-2023 Avropa Oyunlarının çimərlik futbolu üzrə yarışının püşkatma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, bu gu gün təşkil olunan tədbirdə Azərbaycan millisinin də rəqibləri də müəyyənləşib.
Yığmamız A qrupunda yer alıb. Komandamız Polşa, Portuqaliya və İspaniya ilə mübarizə aparacaq.
Qeyd edək ki, üçüncü dəfə təşkil olunacaq Avropa oyunları ilk dəfə 2015-ci ildə Bakıda keçirilib. Krakov-2023 iyunun 21-dən iyulun 2-dək davam edəcək.
0
0