Ayaz Quliyev: “Nəhayət ki, qələbə qazana bildik”
29.11.2024 - 22:56

"Sabah"ın futbolçusu Ayaz Quliyev klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Misli Premyer Liqasının XV turunun "Səbail"lə matçından (1:0) sonra fikirlərini bölüşüb:
"Futbol üçün çox darıxmışdım. İlin sonunda olsa da, nəhayət ki, yaşıl meydanlara qayıtdım. Həqiqətən çox sevincliyəm. Çətin dövrdən sonra nəhayət ki, qələbə qazana bildik".
0
0