Ayxan Abbasov müqaviləni rəsmiləşdirdi
16.06.2022 - 22:24

“Turan Tovuz” yeni baş məşqçisi Ayxan Abbasovla müqaviləni rəsmiləşdirib.
Apasport.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, gənc çalışdırıcı azarkeşlərin alqış sədaları altında tədbirə dəvət olunub.
Bağlanmış 2+1 illik müqaviləyə imza atdıqdan sonra Ayxan Abbasov azarkeşləri salamlayıb və görüləcək işlər barəsində hesabat təqdim edib. Sonda azarkeşlərin suallarını cavablandıran gənc mütəxəssis fanatlarla xatirə şəkli çəkdirib.
0
0