
“Rəqib meydançasında qələbə qazanmaq əla nəticə oldu”.
Apasport.az saytı xəbər verir ki, bunu “Turan-Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.
Misli Premyer Liqasının V turunda səfərdə “Sabah”a böyükhesabla qalib gələn Tovuz klubunun çalışdırıcısı komandasının oyunu barədə danışıb. Abbasov zamanla daha yaxşı oynacaqlarını bildirib: “Futbolçular verilən tapşırıqları uğurla yerinə yetirdilər. Bəzi oyunçular yavaş-yavaş formasını bərpa edir. Öz meydanımızda “Səbail”ə uduzduqdan sonra təzyiq hiss olunurdu. Komandanı dəstəklədiyinə görə, rəhbərliyə təşəkkür edirəm. Fasilə öncəsi vacib qələbə qazandıq”.
Qeyd edək k, “Turan-Tovuz” rəqib meydanında “Sabah”a 3:0 hesabı ilə qalib gəlib.