Azər Bağırov: "Maraqlı həftə keçirəcəyik"
04.12.2024 - 22:15

Azərbaycan Kubokunun 1/8 mərhələsində "Kəpəz" "İmişli"ni məğlub edib - 1:0.
Apasport.az xəbər verir ki, matçdan sonra gəncəlilərin baş məşqçisi Azər Bağırov görüş barədə fikirlərini bildirib:
"Oyun bizim üçün çətin başladı. Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu. Birinci hissədə qol epizodlarımız da oldu. Amma reallaşdıra bilmədik. Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik. Bazar günü "Zirə" ilə çempionat oyunumuz var. Əsas odur ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq".
- Kamal Quliyev: "Yaltaqlıq, düşüklük eləsəydim, AFFA-da vəzifədə olardım" - "Ofsayd"
- Musa Qurbanlı "Yurqarden"in iştirak ərizəsinə düşə bilmədi - Səbəb
- Azərbaycan millisinin güləşçisi subaylığın daşını atdı - FOTO
- U-21 Belarus yığması ilə iki oyun keçirəcək
- Qurban Qurbanov: İki qol vurduq, bəs etmədi - MÜSAHİBƏ
0
0