U-21 Belarus yığması ilə iki oyun keçirəcək
29.10.2024 - 10:28

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusda təlim-məşq toplanışı keçəcək.
Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
U-21 hazırlıq çərçivəsində noyabrın 16-da və 19-da Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq görüşü keçirəcək.
Oyunların yeri və başlama saatı barədə məlumat veriləcək.
0
0