
25 mart – 1 aprel tarixlərində Albaniyanın Durres şəhərində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi davam edir.
Apaspor.az-a verilən məlumata görə, 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatıldığı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar.
Bu gün körpücük üzərinə onlardan sonuncusu – Ravin Alməmmədov çıxıb. Qazaxın “Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi 73 kq çəki dərəcəsində mübarizə aparıb.
Atletimiz birdən qaldırma hərəkətində 136 kq-ı ram edib və bu hərəkətdən dünya birinciliyinin gümüş medalına sahib çıxıb. Ravin təkanla qaldırma hərəkətində isə 167 kq-ı ram edib. O bu hərəkətdə də gümüş medal qazanıb.
Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Karaca Yaşara aid 163 kq-lıq Avropa rekordunu yeniləyib. Bununla yanaşı, 167 kq-ı ram etməklə atletimiz bu hərəkətin toplamında rumıniyalı Yonut Donoşeyə aid 300 kq-lıq rekordu da geridə qoyub.
Ravin Alməmmədov toplam 303 kq (136+167) nəticə göstərən yekun sıralamada dünya birinciliyinin gümüş medalçısı adını qazanıb.
- “Lex”in məşqçisi: “Qarabağ”ın ən böyük qüvvəsi onlardır”
- İngiltərə millisi Azərbaycanla matça itki ilə çıxacaq
- "Milan" "Çelsi"nin ulduz futbolçusunu icarəyə götürməyi planlaşdırır
- Cavid Hüseynov: "Liqalar arasındakı fərq həqiqətən də böyükdür" - MÜSAHİBƏ
- "Nyukasl" Premyer Liqa klubunda müdafiəçi tapdı