Azərbaycan çempionatı: 3 matçda 35 qol vurulub
26.12.2024 - 10:29

Minifutbol üzrə Azərbaycan çempionatında XII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
Bu qarşılaşmalarda 35 qol vurulub.
“Birbaşa Bakı” növbəti qələbə ilə liderliyini möhkəmləndirib. “Aznur” isə "Bakı145"i 14 cavabsız qolla məğlub edib.
Azərbaycan çempionatı
XII tur
25 dekabr
“Birbaşa Bakı” – “Laçın” – 8:1
“Bakı145” – “Aznur” – 0:14
“Qalaksi” – “Star Bakı” – 8:4
0
0