Nkunku müqaviləyə imza atdı
24.06.2022 - 00:00

Bundesliqada ötən mövsümün ən yaxşısı seçilən Krisfofer Nkunku gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, “Leypsiq”in yarımmüdafiəçisi klubu ilə müqaviləni uzadıb.
Yeni anlaşma daha 2 ili əhatə edir. Nkunku 2026-cı ilin yayına qədər Almaniya klubunda qalacaq. 24 yaşlı fransalı digər klublardan təkliflər alsa da, Leypsiq təmsilçisində qalmağa üstünlük verib.
Qeyd edək ki, Nkunku ötən mövsümün 50 matçında 35 qol vurub.
0
0