Azərbaycan çempionatında qadağa
25.11.2022 - 17:12

16 yaşadək futbolçular arasında Azərbaycan çempionatında yaşanan qalmaqla hüquqi qiymət verilib.
Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi U-16 Liqasının XII turunun “Səbail” – EFA oyununda yaşananları araşdırıb.
Bu matçda EFA klubunun azarkeşləri meydana daxil olaraq hakimlərə qarşı fiziki təzyiq göstərib. Hakimlərin döyülməsi üzündən EFA-nın oyunlarına azarkeş buraxılmasına qadağa qoyulub. Klub 3 oyun azarkeşsiz keçirəcək.
0
0