Azərbaycan - İngiltərə oyununun stadionu açıqlandı
23.01.2024 - 12:56

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Apasport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz martın 22-də İngiltərə, 26-da isə Ukrayna komandası ilə qarşılaşacaq.
Hər iki oyun “Azersun Arena”da keçirləcək.
Qeyd edək ki, qarşılaşmaların saatı hələ dəqiqləşdirilməyib.
0
0