Azərbaycan klubu fransalı hücumçunu gətirdi
11.01.2023 - 11:34

“Kəpəz” yeni legionerlə anlaşıb.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, Gəncə təmsilçisi axtardığı mərkəz hücumçusunu Litvada tapıb.
Tərlan Əhmədovun çalışdırdığı “sarı-göylər”in razılığını aldığı forvard Salif Sissedir.
Seneqal kökənli ön xətt oyunçusu son olaraq Litvada çıxış edib. Fransa vətəndaşlığı daşıyan Salif “Kəpəz”in formasını geyinmək üçün “Hegelmann”dan ayrılıb.
0
0